Bizi izləyin:



Şirkətimiz fəaliyyətə başladı
Şirkətimiz fəaliyyətə başladı


“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 23 iyun 2014-cü il tarixində BKT-25 sayla Azərbaycan Respublikası Mərkəzi Bankının lisenziyaların mərkəzi reyestrinə daxil edilmişdir.

Təşkilatın əsas missiyası öz müştərilərinin real bizneslərinə və ya istehlak məqsədləri üçün tələblərə uyğun yüksək səviyyəli kredit xidməti göstərməklə onların iqtisadi vəziyyətinin yaxşılaşdırılmasına yardım etməkdən ibarətdir.

Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı Azərbaycanın kredit bazarında gənc iştirakçılardan hesab olunsa da, öz müştərilərinə təqdim etdiyi kredit məhsullarının sərfəliliyinə və şərtlərin sadəliyinə, eyni zamanda, göstərdiyi xidmətin səviyyəsinə görə qısa zaman kəsiyində kifayət qədər nüfuz qazanmağa müvəffəq olmuşdur.

Təşkilat hazırda, illik 20 faizdən bazşlayan istehlak və illik 18 faizdən başlayan biznes kreditləşməsi üzrə xidmətlərini təklif etməkdədir.
Valyuta məzənnəsİ
USD
EUR
TRY
RUR