Bizi izləyin:



"VETO-Consulting" MMC şirkəti ilə əməkdaşlıq
"VETO-Consulting" MMC şirkəti ilə əməkdaşlıq


“VETO-CONSULTİNG” Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan qiymətləndirmə bazarında gənc iştirakçılardan hesab olunsa da, şirkət müştərilərinə göstərdiyi yüksək xidmət səviyyəsinə görə, hazırda, ən nüfuzlu qiymətləndirici şirkətlərdən birinə çevrilmişdir. Şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən aparılan Sığorta Bazarının Peşəkar İştirakçılarının reyestrinə müstəqil peşəkar qiymətləndirici hüquqi şəxs olaraq daxil olunmuş, eyni zamanda, Azərbaycan İpoteka Fondunun müvəkkil qiymətləndiricilər siyahısına daxil olunmuşdur.

“Azərbaycan Mikro-Kredit Bank Olmayan Kredit Təşkilatı” Məhdud Məsuliyyətli Cəmiyyəti 26 iyun 2014-cü il tarixindən etibarən, girov (ipoteka) predmetlərinin qiymətləndirilməsi sahəsində “VETO-CONSULTİNG” MMC ilə rəsmi əməkdaşlığa başlamışdır.
Valyuta məzənnəsİ
USD
EUR
TRY
RUR