Ödəniş etmək indi daha rahat!
“Azərbaycan Mikro Kredit BOKT” MMC tanınmış maliyyə institutları, banklar və fondlar ilə ikitərəfli əməkdaşlıq əlaqələrini genişləndirməkdədir.
Növbəti belə bir addım ölkənin tanınmış banklarından olan “Exspressbank” ASC ilə tərəfdaşlıq müqaviləsinin imzalanmasıdır. Ölkənin ilk kommersiya bankı olan Expressbank 1989-cu ildə yaranıb və uzun müddət Azərnəqliyyatbank adı ilə fəaliyyət göstərib. 2008-ci ildə təşkilatı struktur daxil olmaqla Bankda dəyişikliklər baş verib. Bank 4 mart 2010-cu il tarixindən etibarən Expressbank kimi fəaliyyətini davam etdirib.
Artıq, ödəniş etmək çox asanlaşdı. “Azərbaycan Mikro Kredit BOKT” MMC ilə “Exspressbank” ASC arasında imzalanmış müqaviləyə əsasən, müştərilərimiz kredit borclarının ödənməsi üçün banka getmədən, ExpressPay ödəniş terminalları vasitəsi ilə çox rahat şəkildə ödəyə bilərlər.
Bakı şəhərində iri ticarət (əyləncə) müəssisələri, marketlər, biznes mərkəzlərindən tutmuş ölkəmizin ən ucqar regionlarında da quraşdırılmış 600-ə yaxın ExpressPay terminalları rahatlığı və sürətli ödənişləri ilə ölkə sakinlərimizin böyük etimadını qazanıb. Cəmi 3 il fəaliyyət göstərməsinə baxmayaraq, ExpressPay terminalları ilə artıq 10.000.000-dək ödəniş həyata keçirilib ki, bu əməliyyatların hər biri – bir müştəri etimadının əksidir.
Bu terminallar vasitəsilə edilən ödənişlər və hesaba mədaxillər dərhal həyata keçir və ödəniş əsasında qəbz təqdim olunur. Məhz bu geniş xidmətlər çeşidi bu gün ExpressPay-i seçilib sevilən ödəmə vasitəsi edir.
Müştərilərlə şəffaf və operativ münasibətlər üçün ExpressPay ödəniş terminalları üzrə “Qaynar xətt” xidməti fəaliyyət göstərir.
Müştərilər 24 saat ərzində istənilən təklif, şikayət və ya texniki nasazlıq barədə (055) 5000 132 nömrəsinə zəng vura və ya WhatsApp vasitəsilə mesaj yaza bilərlər.
Eyni zamanda qeydiyyatdan keçmədən dünyanın hər hansı bir yerində sistemdə mövcud olan xidmətlər üzrə 24 saat ərzində ödəmə etmək mümkündür. Bunun üçün https://expresspay.az/keeper-sl/ linkinə daxil olub, bir dəfə qeydiyyatdan keçməyiniz kifayət edər. Bu sistem üzərindən olan ödənişlər komissiyasız həyata keçirilir və sistem Sizə istənilən vaxt ödənişlər üzrə tarixçəyə baxmaq imkanı yaradır.